Roma Papas: "Tövbəkar bir hacı olaraq gəlirəm"

Roma Papas: "Tövbəkar bir hacı olaraq gəlirəm"

Roma Papasının İraqa səfəri başlayır

Vetenugrunda.az-ın verdiyi xəbərə görə tarixdə ilk dəfə Katolik kilsəsinin başçısının İraqa rəsmi səfəri baş tutacaq. 

"Hamınız qardaşsınız" şüarı ilə başlayan 4 günlük səfərində katolikləri dini lideri və Vatikan dövlətinin başçısı Papa Françisin gəlişi İraqda da böyük intizarla gözlənilir. Belə ki, Bağdad küçələrində bu görüşü əks etdirən plakatlar asılıb. 5-8 mart tarixlərində baş tutacaq səfər Bağdaddan başlayacaq. 

Qeyd edək ki, bu 2013-cü ildə bu vəzifəyə təyin edilən Roma Papasının 33-cü, koronavirus pandemiyasından sonra isə ilk xarici səfəridir.

Vatikan tərəfindən İraq səfəri ilə hazırlanan sənədlərdə verilən açıqlamalarda bu səfər İraqın "tək tanrılı üç dinin babası olan İbrahimin torpaqları" olduğu vurğulanır. Papanın bu səfərdə bu hər üç dinin ortaq bir ailəyə aid olduğu və bu üç dinə inanaların hamısının qardaş olması mesajını verəcəyi gözlənilir.

Katoliklerin ruhani lideri səfər öncəsi hazırladığı videomüraciətdə "İraqlı qardaşlarım, salamunaleykum" deyərək çıxışına başlayır. Papa İraq səfəri ilə bağlı çox mehriban mesaj verib: "Bir neçə gündən sonra nəhayət aranızda olacam. Sizlərlə görüşməyi, üzünüzü görməyi, qədim və fərqli, seçilən bir mədəniyyət beşiyi olan ölkənizi ziyarət etməyi çox arzulayıram. Ora bir hacı olaraq gəlirəm. Tövbəkər bir hacı olaraq gəlirəm. İllərlə davam edən müharibə və terrorizm ardından Tanrıya bağışlanmaq üçün yalvarmaq; Tanrıdan qəlblərə təsəlli, yaralara şəfa diləmək üçün gəlirəm. Barış istəyən bir hacı olaraq, "Hamınız qardaşsınız" deyə, təkrar etmək üçün yanınaz gəlirəm. Müslümanları, yahudiləri və xristiyanları tək bir ailədə birləşdirən İbrahim babanın adına diğər dini ənənlərdən bacı və qardaşlarımızla birlikdə dua etmək, birlikdə yürümək arzusuyla gəlirəm".

Papa 6 martda Nəcəfdə şiələrin dini mərcii Ayətullah Əli Sistani ilə, İrqadakı Yəzidi təriqətinin və kürdlərin liderləri, martın 7-də iisə Ərbildə İraqdakı kürd bölgəsinin təşkilatçıları ilə görüşəcək. O, daha sonra Musulu ziyarət edib, 8 martda Vatikana dönəcək.