Rusiya Njdenin qəbrinə də etiraz edir

Rusiya Njdenin qəbrinə də etiraz edir

 Rusiyanın Vladimir şəhər rəhbərliyindən nasist Almaniyasının silahlı qüvvələri daxilində erməni legionunun qurucularından birinin boş məzarının götürülməsi tələb olunub.

Bu tələblə yerli "Stopfaşizm" vətəndaş təşəbbüs qrupu çıxış edib.

Qrupun tələb-müraciətində qeyd olunub ki, Qaregin Njdenin Vladimirin Mərkəzi qəbiristanlığındakı boş məzarı şəhərin və Rusiyanın erməni diaspora nümayəndələrinin mütəmadi iştirak etdiyi "anım mərasimləri"nin keçirildiyi bir yerə çevrilib.

Bundan əlavə, Ermənistan və Rusiyanın erməni diasporası tərəfindən turistlər üçün təşkil olunan Vladimir şəhərinin turlarına Qaregin Njdenin məzarının ziyarət edilməsi də daxil edilib. "Stopfaşizm" təşəbbüs qrupunun üzvləri Rusiyada erməni gəncləri arasında Njde və onun irqi üstünlük prinsiplərini təbliğ edən faşist ideologiyasının geniş yayıldığını bildiriblər.

Qeyd edək ki, Qaregin Njde 2-ci Dünya Müharibəsi illərində nasist Almaniyasının tərkibində erməni legionunun qurucusu olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.

Nijde Qaryagin Almaniyadakı düşərgələrdə yəhudilərə verdiyi dəhşətli işgəncələrə görə "işgəncələr kralı" ləqəbini almışdı. İrəvanda bu qatilə abidə qoyulub.