Rusiya rəsmisi ABŞ-ı riyakarlıqda ittiham etdi 

Rusiya rəsmisi ABŞ-ı riyakarlıqda ittiham etdi 

Rusiyanın BMT-dəki nümayəndəsi Dimitri Pulyanski ABŞ-ın Livanla bağlı mövqeyini tənqid edib.

Dimitri Pulyanski açıqlamasında bildirib ki, ABŞ-ın Livanla bağlı mövqeyi sadəcə riyakarlıqdır.

"Əgər ABŞ Livana dəstək olmaq istıəyirsə, birinci növbədə bu ölkəyə tətbiq olunan sanksiyaları ləğv etməlidir. Bütün sanksiyalar ləğv olunarsa, ABŞ-ın səmimiyyətinə inanmaq olar", - deyə Dimitri Pulyanski diqqətə çatdırıb.

Xatırladaq ki, ABŞ Dövlət katibi Mayk Pompeo Livan Baş Naziri Həsən Diyab ilə telefon danışığı zamanı istənilən dəstəyə hazır olduqlarını iddia etmişdi. (eastnews)