Rusiya sanksiyalara görə Aİ və ABŞ-a cavab verdi

Rusiya sanksiyalara görə Aİ və ABŞ-a cavab verdi

Rusiyada həbs edilən müxalifət lideri Aleksandr  Navalnıya görə ABŞ-ın və Avropa İttifaqının bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara hökumətin münasibəti açıqlanıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Avropa İttifaqı ilə ABŞ-ın sanksiya məsələsində fikirlərinin üst-üstə düşməsini rus fobiyası adlandırıb və bunun problemlərin konstruktiv həllinə yönəlmədiyinə diqqət çəkib.

Zaxarova bildirib ki, Navalnının məsələsinə müdaxilə etməklə ABŞ və Aİ Rusiyanın daxili işlərinə qarışmış olur.

Qeyd edək ki, Zaxarova ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları diqqəti əsl problemlərindən yayındırmaq cəhdi kimi qiymətləndirib. Sözçü Aİ-ni koronavirusla bağlı bir sıra məsələlərdə ortaq nöqtəyə gələ bilməməkdə günahlandırıb. Zaxarova həmçinin ABŞ-la danışaraq bildirib ki o, özü ilə bağlı kimyəvi silahsızlaşdırma sahəsində ədalət tərfədarı fikrini formaşaldırmaq istəyir.