Şəhid Dmitri Solnsevin dəfn mərasimi keçirilib

Şəhid  Dmitri Solnsevin dəfn mərasimi keçirilib
Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solnsevin cənazəsi kilsəyə aparılıb İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevlə vida mərasimi davam edir. Hərbçimizin cənazəsi Rus-Pravoslav kilsəsinə aparılıb. Kilsədə dini ayin keçirilib, dualar oxunub. İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevin vida mərasimi Şəhidin evinin önündə təşkil edilib.(apa)