Şərəf dolu Şəhadət tariximiz-26 noyabr

Şərəf dolu Şəhadət tariximiz-26 noyabr

26 noyabr Nardarn hadisəsi ilə tariximizdə qara bir səhifə açdı. 5 il öncə Bakının Nardaran qəsəbəsində baş verən olayda ikisi polis olmaqla 4 nəfər sivil vətəndaş evinin içində heç vəhşicəsinə qətlə yetirildi. Sonralar baş verənlər daha dəhşətli idi. Hadisə ilə bağlı həbs edilənlərə istintaq zamanı ağlasığmaz işgəncələr verildi. Bütün bunlar Azərbaycanda baş verirdi və Azərbaycan vətəndaşları öz ölkəsində qətlə yetirilib, dövlət qurumlarında işgəncəyə məruz qalırdı.

Nardarn işi adı ilə adlandırılan məhkəmə prosesləri isə sanki məzhəkə idi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Müsəlman Birliyi Hərəkatının sədri, Nardaran məhbusu Tale Bağırzadə Nardaran hadisəsi ilə bağlı bu gün telefon danışığı zamanı fikirlərini bildirib:

"26 Noyabr 2015-ci il bizim üçün zülmə qarşı dirəniş, şərəf dolu şəhadət tariximizin unudulmaz səhifəsidir.

Allahın yardımı ilə biz, heç bir zaman cinayətkarlara ibrət və şücaətlə dolu bu qanlı tarixin unutdurulmasına və ya mahiyyətinin dəyişdirilərək təhrif edilməsinə imkan verməyəcəyik.

Elə bir gün gələcək ki, Nardaran hadisəsinin bilinməyən, qaranlıq tərəflərini haqqın günəşi öz nuru ilə aydınladacaq. O zaman batilin simasından yalançı pərdə tamami ilə endiriləcək, həqiqət öz layiq olduğu nöqtəsinə yüksələcək.

Əziz xatirələrimizin yadı ilə. Beş illik şəhadət tarixiniz mübarək olsun məzlum və şəhid qardaşlarımız". Tale Bağırzadə Müsəlman Birliyi Hərəkatının sədri Qobustan həbsxanası 26.11.2020