Səudiyyə Ərəbistanı vətəndaşlarına İran səfərini qadağan etdi

Səudiyyə Ərəbistanı vətəndaşlarına İran səfərini qadağan etdi

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi çərşənbə günü yaydığı bəyanatda, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkə vətəndaşlarının 12 ölkəyə səyahət etmələrini qadağan edib. Həmin ölkələrin arasında İran, Suriya, Livan və Yəmənin adı var.

Bəyanatda Səudiyyə vətəndaşlarının 12 ölkəyə: İran, Livan, Suriya, Yəmən, Liviya, Türkiyə, Ermənistan, Əfqanıstan, Somali, Konqo Demokratik Respublikası, Venesuela və Belarusiyaya səyahət etmələrinin qadağan edildiyi deyilir.

Səudiyyə Daxili İşlər Nazirliyi bu qərarın epidemiyanın daha da yayılmasının qarşısını almaq məqsədilə verildiyini açıqlayıb. Nazirlik yaydığı bəyanatda, korona böhranının adı çəkilən ölkələrdə hələ də nəzarət altına alınmadığını qeyd edib. (maide.az)