Saakaşvili həbsxanadan azərbaycanlılara məktub yazdı 

Saakaşvili həbsxanadan azərbaycanlılara məktub yazdı 

Hazırda həbsxanada olan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Gürcüstandakı azərbaycanlılara onu dəstəklədiyinə görə təşəkkür məktubu yazıb. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, məktubun fotosu və Azərbaycan dilində tərcüməsi sabiq prezidentin feysbuk hesabında yayımlanıb:

"Əziz və sevimli azərbaycanlı həmvətənlilərim. Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə, sizə öz təşəkkürümü bildirirəm.

Mən sizi çox sevirəm, mən sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm. Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, haradaki, hər kəs qorunacaq, çiçəklənəcək, və heçkəs sizə haqsızlıq edə bilməyəcək.

Sevgi və hörmətlə, sizin dostunuz və 3-cü prezidentiniz Mixail Saakaşvili".