Saleh Rüstəmlinin azad edilməsi üçün məhkəməyə ərizə verildi

Saleh Rüstəmlinin azad edilməsi üçün məhkəməyə ərizə verildi

Qarabağ qazisi, siyasi məhbus Saleh Rüstəmli 31 gündür aclıq aksiyasını davam etdirir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə vəkilləri Aqil Layıc və Bəhruz Bayramov Saleh Rüstəmlinin azad edilməsi üçün Nizami Rayon Məhkəməsinə rəsmi ərizə təqdim ediblər.

Bu barədə Aqil Layıc feysbukda yazıb.

Sahib Rüstəmli siyasi əsaslı həbsinə etiraz olaraq Rüstəmli bəyan edib ki, aclığa ya azad edilənə, ya da vəfat edənə kimi davam edəcək.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan Rüstəmli 2019-cu ildə ədalətsiz və siyasiləşdirilmiş məhkəmə prosesində hakimiyyətin onu tənqid edən fəalları rahatlıqla həbs etməsi üçün tez-tez istifadə etdiyi qanunsuz sahibkarlıq, narkotik cinayətlərində əsassız yerə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum ediilib.

İttiham irəli sürülərkən iddia olunur ki, Rüstəmli siyasi məhbus ailələrinə yardım üçün vəsait toplayırmış. Həbsindən sonra polis Rüstəmlini 17 gün ətraf aləmdən təcrid vəziyyətində saxlamış və vəkillə görüşünə əngəl yaratmışdır. Məhkəmə iclasında polislərin sorğu zamanı onu bir neçə gün vəhşicəsinə döyməsi və etiraflar etməsi üçün təzyiq göstərməsi barədə danışmışdır.

İstintaq altında olarkən ona qarşı qeyri-insani rəftarla bağlı verilmiş şikayətlər əsasında bir dənə belə araşdırma aparılmamışdır. Onun azad edilməsi çağırışları ilə əlaqədar, NHK Azərbaycan hakimiyyətini Rüstəmlini dərhal və qeyd-şərtsiz azad edilməsinə çağıran fəalların və hüquq müdafiəçiləri qruplarının kampaniyalarına qoşulur. Hakimiyyət ədalətsiz və əsassız həbs qərarının icrasına davam edə, həmçinin onun həbsdə az-az həyatını itirməsinə tamaşa edə bilməz.

Qeyd edək ki, Saleh Rüstəmov I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib.

Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gələn zaman həbs edilib və narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə əlavə edilən başqa ittihamlara əsasən S. Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.