Sarkozi korrupsioner imiş

Fransanın eks-prezidenti Nikolya Sarkozi Paris məhkəməsinin hökmü ilə 3 il müddətinə həbs edilib.
Korrupsiyada təqsirli bilinən Sarkoziyə cəza müddətinin 2 ili şərti təyin edilib. Yəni o, cəzasının 1 ilini həbsxanada, qalan 2 ilini isə şərti olaraq çəkəcək.
Qeyd edək ki, Fransa tarixində bu bir ilkdir. Belə ki, Nikolya Sarkozinin adı real həbs müddəti almış ilk eks-prezident kimi Fransa tarixinə düşəcək.