Şeyx siyasi fəallara qarşı qəddarlığı qınadı

Şeyx siyasi fəallara qarşı qəddarlığı qınadı

Biz şəhidlərimizi və fədakar insanlarımızı heç vaxt unutmayacağıq

Bəhreynin nüfuzlu din xadimi Ayətullah Şeyx İsa Qasim siyasi fəallara edam cəzası verilməsini qınayıb.

O, öz açıqlamasında bildirib ki, hökumət əleyhinə olan insanları edamlarla susdura bilməyəcək:

"Edam olunanlar və həbsə atılanlar daim Bəhreyn xalqının qəlbində yaşayacaqlar. Biz şəhidlərimizi və fədakar insanlarımızı heç vaxt unutmayacağıq".

Şeyx İsa Qasim hökumətin İsrail rejimi ilə yaxınlaşmasını da İslam dininə xəyanət olaraq xarakterizə edib.

Qeyd edək ki, Bəhreyn İnsan Hüquqları və Demokratiya Mərkəzinə görə, Ali Xəlifə rejimi Apelyasiya Məhkəməsinin ən azı 4 nəfər üçün edam qərarını təsdiqlədiyi və Bəhreyndə ən azı 27 nəfərin ölüm hökmünün icrasını gözlədiyi qeyd edilib.