Əsgərlərimizə qumbara atan Mirzoyan Ermənistana verildi

Əsgərlərimizə qumbara atan Mirzoyan Ermənistana verildi

Erməni terrorçu Daşaltıda qumbara ilə Azərbaycan hərbçilərini yaraladı

Rəsmi məlumata əsasən, bu gün səhər saat 07:12 radələrində Şuşa şəhəri yaxınlığında kı, Daşaltıdakı blokpostda, 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan , erməni terrorçu, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycanın ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə 3 hərbçimizi yaralayıb. Erməni terrorçu "RQD-5" markalı əl qumbarasını hərbiçilərimizə tullayıb. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Norayr Mirzoyan saxlanılıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq faktla bağlı cinayət işi açıldığını və istintaq getdiyini bildirib.

Norayr Mirzoyanı Rusiya hərbiçiləri Ermənistana təhvil verib.