Təşəkkür etmək də cinayət sayılır 

Təşəkkür etmək də cinayət sayılır 

Hindistandakı müsəlmanlara dəstək verənlərə təşəkkür etmək də cinayət sayılır 

Hindistanda polis fevral ayında paytaxt Yeni Dehlidə müsəlmanlara qarşı zorakılığa etiraz edən Küveyt Nazirlər Şurasına təşəkkür etmək üçün təşəbbüs göstərən Dehli Azlıqlar Komissiyasının rəhbəri Zəfərul İslam Xanı dindirməyə çağırıb.

Polis dünən axşam iftarda Xanın Yeni Delhidəki evinə gedərək onu polis bölməsinə aparmaq və orada sorğu-sual etmək istəyib.

Hadisə barədə eşidildikdən sonra siyasətçilər də daxil olmaqla bir çox insan evin ətrafına toplanşıb və polisə etiraz ediblər.

Ətrafdakı izdihamın artması səbəbindən ərazini tərk etmək məcburiyyətində qalan polis məmurları, Xanın dindirməyə çağırılması ilə əlaqədar bildiriş göndərəcəklərini deyiblər.

Xanın vəkili Vrinda Qrover müvəkkilinin 72 yaşında olduğunu və qanuna görə 65 yaşdan yuxarı insanların evlərindən kənarda dindirilə bilməyəcəyini xatırladıb.

Qrover qeyd edir ki, onu polis bölməsinə aparmaq "qanunsuz polis hərəkəti" deməkdir.

Dünən Dehlinin Ali Məhkəməsində Xanın işdən çıxarılması üçün cəhd edilib.

Twitterdə təşəkkür etdi

Xan, 28 aprel tarixində twitter səhifəsindəki statusunda Küveytin Nyu Delhidəki zorakılığa görə verdiyi cavaba görə təşəkkür edib.

Hindistandakı müsəlmanların bu günə qədər radikal hindu millətçilərini nifrət cinayətlərinə, linçlərinə məruz qaldıqlarını xatırladan Xan, "müsəlmanların bunu etməyə məcbur olduqları gün (radikal hindu millətçiləri) uçqunla üzləşəcək", - deyə bildirib.

Paylaşdıqdan iki gün sonra Delhi polisi Xan haqqında "təxribatçı ifadələr işlətmək" səbəbiylə hərəkətə keçdi.

Müsəlmanlar üçün qanun işləmir

Hindistanın müxtəlif əyalətlərində 31 dekabr 2014-cü ilədək müsəlman olmayan mühacirlərin ölkəyə daxil olmasına icazə verən, lakin eyni vəziyyətdə olan müsəlmanları istisna edən qanuna, 9 dekabr 2019-cu il tarixindən mart ayının ortalarına qədər etiraz edildi.

23 fevralda Nyu Delhidə başlayan və təxminən 5 gün davam edən etirazlarda 51 mülki şəxs, eyni zamanda bir polis rəisi və kəşfiyyat məmuru ölüb.

Xüsusilə Pakistan, Banqladeş və Əfqanıstanda buddist, six, parsi, hindu və xristianlar kimliklərini sübut edə bildikləri və 6 ildən çox Hindistanda yaşadıqları təqdirdə vətəndaşlıq əldə edə biləcəklər, amma eyni mövqedə olan müsəlmanlara bu qanun şamil edilmir.(maide.az)