Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

Tofiq Yaqublu ev dustaqlığına buraxılıb
Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. Qərarı sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsi verib. Tofiq Yaqublu həbsinə etiraz olaraq 17 gün aclıq aksiyası keçirib. Vəziyyəti ağır olduğundan o, sentyabrın 12-də saxlandığı 3 saylı İstintaq Təcridxanasından özəl klinika olan “City Hospital”a köçürülüb. Onun özəl klinikaya köçürülməsini müdafiə tərəfi Avropa İnsan Hüquqlar Məhkəməsinə müraciət etmələri ilə izah edib.