Tofiq Yaqublunun məhkəməsində Ramiz Mehdiyevlə, Siyavuş Novruzovun adamları..

Tofiq Yaqublunun məhkəməsində Ramiz Mehdiyevlə, Siyavuş Novruzovun adamları..

"Bu proses canlı yayımlanmalıdır və bütün media nümayəndələrinə prosesdə iştirak etməyə imkan yaradılmalıdır. Necə ki, Ramiz Mehdiyevin kürəkəninin və onun qudasının məhkəmə prosesində mediaya imkan verilmişdi".

Bu gün (avqustun 25-də) Nizami Rayon Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın üzvü, Qarabağ qazisi Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesi davam edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, karantin rejimini əsas gətirib medianı məhkəmə zalına buraxmadılar.  Məhkəmədə T.Yaqublunun qızı Nigar Həzi, vəkilləri və şahid qismində gətirilmiş şəxslər iştirak edib. 

Verilən məlumata görə, Tofiq Yaqublunun vəkilləri fasilə zamanı müdafiə etdikləri şəxs ilə konfidensial söhbət etmək üçün hakimdən 5 dəqiqə vaxt istəyiblər. Onların qeyd etməsinə görə, hakim Nəriman Mehdiyev buna icazə versə də, prosesdə iştirak edən konvoy konfidensial söhbəti zamanı vəkilləri və T. Yaqublunu tək buraxmayıblar. Amma bu deyilənlərə, hələlik, Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Nahar fasiləsindən sonra proses şahid ifadəsi ilə davam edib.

Məhkəmə başlamazdan öncə 8-ci mikrorayon bazarında hamının Ziba kimi tanıdığı bir qadın şahid qismində ifadə vermək üçün məhkəməyə gəlib. Lakin məhkəməni izləməyə gələnlərin ciddi reaksiyası ilə üzləşdiyi üçün ərazidən uzaqlaşıb.

Daha sonra jurnalist Əvəz Hafizli media üçün verdiyi açıqlamada bildirib ki, bu qadın insanları şərləməklə məşhurdur.

Məhkəmədən sonra Nigar Həzi jurnalistlərə məhkəmədə ba verənlər haqqında danışıb. O, bildirb ki, məhkəmə prosesi zamanı bütün qanunlar ayaq altına alınır. Tofiq Yaqublunu hadisə zamanı görməyən, ümumiyyətlə prosesdən xəbəri olmayanlar şahid qismində ifadə vermək üçün gətirilir. Şahidlərdən biri də 210 saylı orta məktəbin 10-cu sinif şagirdi Mirzəyev İsmayıl Tom oğludur: "Bu il 10-cu sinif şagirdi olacaq. Bu cavan oğlan iddia edir ki, Tofiq Yaqublunun Elxan Cəbrayılovu "döydüyünü" görüb. Hətta görüb ki, T.Yaqublu Elxanla "dalaşmadan" əvvəl onun telefonla çəkiliş etdiyini görüb. Müstəntiq isə onun ifadəsini valideynlərinin iştirakı olmadan alıb. Uşaq özü də etiraf etdi ki, ifadə verərkən otaqda dələduz Ramil Əliyev və o, olub. Vəkillərin suallarına cavab verməkdə çətinlik çəkirdi. Çünki əzbərlədiyi ifadə ilə iş materiallarında olan ifadə üst-üstə düşmürdü. Çox həyəcanlı idi. Suallarda ilişən kimi çönüb anasına baxırdı.

Məhkəmədəki biabırçılığa baxıb,"belə məhkəmə olar" dedi. Bu uşağın dayısı Mirzəyev Rövşən Zülfüqar oğlu Tofiq Yaqublunun üzünə duran ilk şahidlərdən idi. İsmayılın anası Mirzəyeva Nurlanə Zülfüqar qızı öz oğlunu indidən cinayətkarlığa sövq edir. Gör, bu hakimiyyət nə günlərə qalıb? Kimin ümidinə qalıb? Gəncləri hansi cinayətlərə bulaşdırır. T. Yaqublu: "Gələcəyin bir Elxan Cəbrayılovu da bu olacaq. Hakimiyyət bu illər ərzində yekə kişilərə şərəfsizliyi öyrətdi, indi yetkinlik yaşına çatmayan uşaqları şərəfsiz kimi böyüdürlər" dedi.

Məhkəmə 26 avqust saat 10:30-da davam edəcək.  

YADDAŞ

T. Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T. Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T. Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma T. Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. "8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.