"Tubzon"da məhbuslara işgəncə verilir: "İnanın ki, əsirlikdə olanlarla belə davranmırlar"

"Tubzon"da məhbuslara işgəncə verilir: "İnanın ki, əsirlikdə olanlarla belə davranmırlar"
Aqil Məhərrəmli “Tubzon”da başına gələnlərdən yazıb AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli “Tubzon”da başına gələnlərdən yazıb "Koronavirusun “analoqsuz mualicəsinin” şəxsən iştirakçısı və şahidi olaraq deyə bilərəm ki, biz bu xəstəliyin “mualicəsini” tapmışıq. Tam olaraq 41 gün 3 saylı Vərəm Əleyhinə İxtisaslaşmış Mualicə Müəssiəsində qalmışam. Hamını bir yerə yığıb ağzımızı bağladılar, biz də aspirin, parasetamolla bu xəstəliyə “qalib” gəldik. Bütün bunlar bir yana, hələ günlərlə cəza palatasına (karser) də salındıq. Şəxsən məni 10 gün cəza palatasında saxlayıblar. Yalnız yatanda döşəklə təmin olunurdum. Bütün günü quru taxtanın üzərində yatırdım. Verilən döşək isə çox bərbad halda idi. Qoxusu dəhşət idi. Adi sabun nədir ki, onu israrla alırdıq. Bir dəfə özümü pis hiss etdim və həkim tələb etdim. Cavab bu oldu ki, bura “Tubzon”un karsıdır. Burada istəklər reallaşmır. Koronavirus xəstələri olaraq aramızda işgəncə verilənlər də var idi. Bütün günü hökumətə tərif deyən Niyaməddin Orduxanlının doğma qardaşı oğlu Novruz Orduxanlıya işgəncə verirdilər. İnanın ki, əsirlikdə olanlarla belə davranmırlar. Bütün hadisələrin başında Rejim rəisi, mayor Elxan Mustafayev, baş əməliyyatçı Anar Əsgərov, əməliyyatçı Sahil (soyadını bilmirəm Gədəbəyin Saratovka kəndindəndir), əməliyyat şöbəsinin rəisi Ruslan (soyadını bilmirəm) dayanırdı. Anar Əsgərovun yanında Nigar adlı həkim var. Məhkumlardan test götürməyə gəlib, söhbət zamanı məhkumları nəzərdə tutaraq Anar Əsgərova deyir ki, “bu səviyyəsizlərə niyə belə üz verirsən”. Məhkumları döyüb, çılpaq formada çarpayıya qandallayırlar. Tualet istəyənə isə “canın çıxsın” cavabı verilir. Sanki mualicə mərkəzi yox, Laçın MMC-dir. Hər kəs bir-birinə qohumdur. Bir şey ki, telefon danışığı 5 manata satılırdı… Yazı həm ictimaiyyət üçün, həm də aidiyyatlı qurumların ölçü götürməsi üçündür".