Türk əsgərləri azərbaycanlıların sayəsində sağ qalıb

 Türk əsgərləri azərbaycanlıların sayəsində sağ qalıb

Hulusi Akar: "Tarixi prosesdəki fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da "iki dövlət, bir millət" anlayışı ilə kədərdə, sevincdə bir yerdə olmağa davam edəcəyik"

"Nargin adasında türk əsgərləri Azərbaycan türklərinin sayəsində sağ qalmışdır"

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında həlak olanların anım mərasimində deyib.

"Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz Cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyat mübarizəsi aparan əsgərlər Azərbaycan türklərinin köməyi sayəsində sağ qala bildilər", - Akar qeyd edib.

Türkiyə bu gün Sarıqamış döyüşünün 107-ci ildönümünü qeyd edir. Birinci Dünya Müharibəsi illərində Sarıqamış döyüşündə (dekabr 1914 - yanvar 1915) Osmanlı dövlətinin qoşunları və rus ordusunun hissələri iştirak etmişdir. Osmanlı qoşunları ölkənin işğal olunmuş ərazilərini işğaldan azad etməyə çalışırdı. Döyüşdə 90 minə qədər türk əsgəri həlak olub, əksəriyyəti soyuq qışda donaraq ölüb.(virtualaz.org)