Türkiyədə 16 ayda 980 hərbçi həbs edildi

Türkiyədə 16 ayda 980 hərbçi həbs edildi

Son 16 ayda Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 980 hərbçi həbs edilib.

2019-cu ilin noyabr ayından bəzi İzmir Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyatlarda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 2298 şübhəlinin saxlanılmasına qərar verilib. Onlardan 1755 nəfəri fəaliyyətdə olan hərbçilər olub. Saxlanılan şəxslərdən 980-i həbs edilib. 311 hərbçi FETÖ ilə əlaqəsini etiraf edib.

Qeyd edək ki, əməliyyatlar İzmir Baş Prokurorluğu, Türkiyənin Milli Müdafiə Nazirliyi, Baş Qərargah İdarəsi, Milli Kəşfiyyat Agentliyi, Təhlükəsizlik Baş İdarəsi və İzmir Təhlükəsizlik İdarəsinin birgə səyləri nəticəsində baş tutub.

Hazırda daha 162 şübhəlinin axtarışı aparılır.