Türkiyəli alpinistlər Xocalı Şəhidlərini zirvədə andılar

Türkiyəli alpinistlər Xocalı Şəhidlərini zirvədə andılar

Türkiyəli bir qrup alpinist, Ermənistan silahlılarının Xocalıda törətdiyi soyqırımı vaxtı şəhid olan 613 nəfəri yad etmək üçün Naxçıvanda Haça dağının zirvəsinə dırmanıblar

Türkiyənin müxtəlif bölgələrindən gələn 15 alpinist Türkiyənin İğdır şəhərinə toplaşıb və buradan Naxçıvana gediblər.

Naxçıvanın ən çətin zirvələrindən biri olan Haça dağa dırmanan alpinistlər burada, "Xocalı şəhidlərini rəhmətlə, minnətdarlıqla və hörmətlə yad edirik" yazılmış şüar və Azərbaycanla Türkiyə bayraqları açıblar.

"Zirvə" alpinizm və təbiət idmanlları klubunun sədri Orhan Kozan, bu dırmanışın artıq ənənəvi hala gəldiyini və 6 ildir Haça dağının zirvəsinə dırmandıqlarını deyib.

Azərbaycan ordusunun Qarabağda qazandığı qələbə səbəbilə bu dırmanışın özləri üçün əlamətdar olduğunu deyən Kozan, sevincinin əvəzsiz olduğunu qeyd edib:

"Qarabağ, Xocalı Azərbaycandır – deyirəm. Bu zəfər türkü parçalamaq istəyənlərə qarşı gözəl cavabdır."