Türkiyənin Azərbaycandakı yeni səfiri -Cahit Bağçı

 Türkiyənin Azərbaycandakı yeni səfiri -Cahit Bağçı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yeni səfir təyin edib 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın səlahiyyət müddəti başa çatıb və onu yeni səfiri Cahit Bağçı əvəzlyəcək. 

Cahit Bağcı "Twitter" səhifəsində "Prezidentin qərarı ilə dost və qardaş Azərbaycana səfir təyin olundum" yazıb və məmnunluğunu ifadə edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, bu məsələdə göstərdiyi dəstəyə görə həm də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkürünü bildirib:

"Prezidentin qərarı ilə Türkiyə Maarif Fondununun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş Azərbaycana səfir təyin olundum. Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezdentmizə təşəkkürlərimi bildirirəm. Əsaslı dostluq və qardaşlıq ruhu ilə, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin".

Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür.

Evlidir, 3 övladı var.