Xocalı qatili Rüstəm Qasparyan öldü-erməni deputat türkləri hədələdi

Xocalı qatili Rüstəm Qasparyan öldü-erməni deputat türkləri hədələdi
1992-ci ildə Qarabağda, o cümlədən də Xocalıda azərbaycanlılara qarşı vəhşiliklər törədən "Qara panter" adlı erməni terror qruplaşmasının rəhbəri Rüstəm Qasparyan bu gün müalicə aldığı xəstəxanada ölüb. Vetenugrunda.az-ın verdiyi xəbərə görə bu barədə erməni deputat Naira Zohrabyan öz Facebook səhifəsində yazıb. O, Xocalı soyqrımı kimi dəhşətli qətliamın iştirakçısını "Azadlıq döyüşçüsü" adlandırıb. Naira Zöhrabyan yazıb ki, Qarabağda pilotsuz hava təyyarəsi Qasparyanın və oğlunun olduğu maşını vurub. 29 yaşlı oğlu yerindəcə ölüb. Rüstəmi isə "Erebuni" klinikasına çatdırıblar. Lakin yaralar dərin olduğundan o, ölüb. Naira Zöhrabyan daha sonra yer üzündə sonuncu türk qalana qədər öldürəcəyik, intiqamınızı alacağıq deyərək sayıqlayıb. Məlumat üçün bildirək ki, 1961-ci il təvəllüdlü Rüstəm Qasparyan birinci 1989-u ildən Azərbaycanın torpaqlarında qətliam, soyqırım törətməklə məşğuldu. 1994-cü ildən sonra Ermənistan ordusunun polkovniki olan Rüstəm Qasparyan ötənlərdə "Çiçəklənən Ermənistan” partiyasından deputat seçilmişdi. Onun oğlu Roma Qasparyan adam oğurluğuna görə həbs olunub. Qasparyan bu ilin iyun ayında baş verən “Tovuz hadisələri” zamanı “Qara panter” adlı qruplaşmanı yenidən yaratdığını bildirib. Sentyabr aynın 27-də Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra oğlu ilə birlikdə Qarabağa gələrək seperatçıların tərkibində Azərbaycan Ordusuna qarşı döyüşməyə başlayıb.