Xocalı soyqırımının iştirakçısının oğlu Qarabağda öldü

Xocalı soyqırımının iştirakçısının oğlu Qarabağda öldü
1989-cu ildən bu günə qədər Azərbaycana qarşı döyüşən, Xocalı soyqırımının qatillərindən olan Rüstəm Qasparyanın 26 yaşlı oğlu ötən gecə döyüş bölgəsində ölüb. Vetenugrunda.az-ın verdiyi xəbərə görə, "Çiçəklənən Ermənistan" Partiyasının üzvü, keçmiş deputat, işğalçı "S. Hovaz" tağımının komandiri Rüstəm Qasparyan özü isə başından və ayaqlarından ağır yaralanıb. O, bu gün əməliyyat olunub, vəziyyəti ağırdır. Həkimlər qatil Qasparyanın ayaqlarının amputasiya olunacağını bildiriblər. Qeyd edək ki, Qasparyanın oğlu sentyabrın 29-dan Azərbaycan torpaqlarına qarşı işğalçı siyasətini davam etdirən ermənilərə qoşularaq atasının insanlığa yad olan yolunu davam etdirməyə başlayıb. Rüstəm Qasparyan 1994-cü ildən 2000-ci ilə qədər işğalçı Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. 2007 -ci ildə deputat seilib. Onun Xocalıda və Azərbaycanın digər işğal edilmiş torpaqlarında törətdiyi insanlığa zidd vəhşət əməllərini erməni hökuməti "Cəsarət Medalı", "DQR Cəsarət Medalı", habelə çoxsaylı xatirə medalları ilə qiymətləndirib. Ən dəhşətlisi odur ki, bütün həyatı dinc əhaliyə işgəncə vermək, soyqırım etməklə keçən işğalçı ermənilər dünyaya car çəkib azadlıq, ədalət və sülh istəyirlər.