"Yeni təhdidləri, riskləri minimuma endirməliyik"

"Yeni təhdidləri, riskləri minimuma endirməliyik"
Medvedev: "Bu mexanizmlər Üçüncü Dünya Müharibəsinin başlamasına imkan vermədi" Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Birləşmiş Millətlər Təşkilatı (BMT) barədə məqaləsi yayımlanıb. Yayımlanan məqalədə Medvedev BMT Nizamnaməsi ilə qurulan mexanizmlərin dünyada bir çox kritik məsələləri həll etdiyini və Üçüncü Dünya Müharibəsinin başlamasına imkan vermədiyini bildirib: "Bu gün bu məqsədlə işlər görməyə davam etməliyik. Ümid edirik ki, BMT Təhlükəsizlik Şurası bəşəriyyətin ən aktual problemlərini müzakirə etmək üçün nüvə beşliyinin üzbəüz zirvəsini təşkil edəcək. Eyni zamanda, mövcud silahların azalmasını təmin etməklə yanaşı, mümkün olan yeni təhdidləri, riskləri minimuma endirməliyik”.(yeniavaz)