10 dəfə əməliyyat olunan qazi: "Bir gündə 7-8 ağrıkəsici vururam"

10 dəfə əməliyyat olunan qazi: "Bir gündə 7-8 ağrıkəsici vururam"

İkinci Qarabağ savaşı başlayan kimi Hacıqabul rayonu hərbi komissarlığından müharibəyə çağırılan qazi Adəm Məmmədzadə indi heç kimin yadına düşmür. O, müharibədə aldığı dəhşətli yaraların acısı ilə gecə gündüz sızıldayır. Ehtiyac içində yaşayan bu ailənin isə övladını müalicə etdirməyə maddi imkanı yoxdur.  

Vetenugrunda.az-a danışan Hacıqabul rayonunun Kolanlı kəndində yaşayan 21 yaşlı qazimiz Adəm Gülhəsən oğlu Məmmədzadə sentyabrın 29-da müharibəyə gedib oktyabrın 15-də Füzuli rayonunun Qaraxanbəyli kəndində 60 mm-lik minaatandan atılan mərminin yaxınlığında partlaması nəticəsində ağır yaralanıb:

"Gözümü açanda Papanindəydim (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı). Sağ və sol ayağım dizdən aşağı parçalanıb. Sağ ayağımda 13 sm sümük yoxdur, dağılıb. Sağ qolum dirsəkdən aşağı sınıb, qarın divarında 10 sm yarıq var. Oktyabrın 22-də məni Bakı Sağlamlıq Mərkəzinə göndərdilər və orda 10 dəfə əməliyyat olundum. Evə gələndən ağrılarım çox dəhşətlidir. Bir gündə 7-8 diklofenak vururuam özümə. Artıq iynə vurmağa ayaqlarımda yer qalmayıb. Getdikcə ağrıkəsici də təsir etmir".

Qazi Adəm Məmmədzadə deyir ki, Hərbi hospitala ağrıları ilə bağlı müraciət edib. Hospitaldan ona bildiriblər ki, mülki şəxs olduğu üçün ona kömək edə bilməzlər: "Papanin qospitalında mənə deyirlər ki, mülki şəxssən, ona görə də gedin rayon hərbi komissarlığına müraciət edin. Səni hərbi komissarlıq hospitala göndərsin. YAŞAT fonduna müraciət etdim eyni sözü onlar da dedi. Hərbi komissarlıq isə deyir ki, 29-na qədər gözləməlisən. Axı ağrıdan dayana bilmirəm".

No description available.

No description available.

No description available.

P.S

Məqalədə adı çəkilən qarşı təəfin mövqeyini dərc etməyə hazırıq

P.S

 Qazimizin dərmanlarına və gündəlik ehtiyacına kömək etmək istəyənlər üçün  Adəm Məmmədzadənin qardaşının adına olan hesab kartını paylaşırıq. 

No description available.