Yüz mindən çox avtomobillə qar tamaşası-21 ölü

 Yüz mindən çox avtomobillə qar tamaşası-21 ölü

Pakistanın şimalında yağan güclü qar və çovğun nəticəsində ən azı 21 nəfər ölüb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə gözəl təbiəti ilə məşhur olan Mürrəə bölgəsinə yağan qarı seyr etmək üçün yola çıxan insanlar yollarda qalıb. Baş verən hadisədə 21 nəfər avtomobillərində donaraq ölüb.

Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhmədin sözlərinə görə, güclü qar yağan zaman 1000-ə yaxın avtomobil magistral yolda qalıb.

Bir polis işçisi isə Mürrəəyə az bir zamanda 100.000-dən çox avtomobilin girdiyini bildirib.

İslamabadın 70 km şimalında yerləşən gözəl təbiətili Mürrəəni son 20 ildə pakistanlılar bir-iki günlük piknik yeri kimi seçir. Eyni zamanda bu bölgə turistlərin də sevimli yerinə çevrilməkdədir.