1291 hərəkət iştirakçısı karantin qaydalarını pozub

 1291 hərəkət iştirakçısı karantin qaydalarını pozub

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejimini pozan şəxslərin sayını açıqlayıb.

İdarədən bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 22.06.2020-ci il saat 00:00-dan 23.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1029 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 262 nəfər olmaqla ümumilikdə 1291 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.