22 yaşlı döyüşçümüzü dəm qazı öldürdü

22 yaşlı döyüşçümüzü dəm qazı öldürdü

Müharibədən sağ çıxıb, hamamda öldü

Pənahlı Teymur Emil oğlu yanvarın 15-də xidmət etdiyi Laçın rayonundan tərxis edilib.

O, birbaşa ata evinə, Bakı şəhəri Hövsan qəsəbəsinə gəlib. Yanvarın 17-si gecə saatlarında isə çimmək üçün hamama gedib, bir müddət ondan xəbər çıxmadığını görən ailə üzvləri onu çağırıb və cavab almayıblar. Daha sonra Teymurun dəm qazından boğularaq vəfat etdiyi məlum olub.

Teymur Pənahlı Vətən Müharibəsində hərbi ixtisasına uyğun olaraq snayper kimi xidmət edib. O, Füzuli, Hadrut, Şuşa və Laçın uğrunda döyüşlərdə iştirak edib. Onun böyük qardaşı sərhəd xidmətinin zabiti, kiçik qardaşı isə yeniyetmədir.

Teymur Pənahlı bu gün hərbi komissarlığa gedərək hərbi biletinə möhür vurdurmalı və mükafatlandırıldığı medalları almalı idi lakin bu gün o, Hövsan qəsəbəsində dəfn edilib. Allah rəhmət eləsin!