27 yaşlı Məryəm Hindistanın ən gənc neyrocərrahı oldu

27 yaşlı Məryəm Hindistanın ən gənc neyrocərrahı oldu

100 baldan 97 bal toplayaraq tibb universitetinə daxil olub

Məryəm Afifə uşaqlığından həkim olmağı arzu edirdi.

O, Heydərabaddakı (Hindistan) məktəbi bitirərək 100 baldan 97 bal toplayaraq tibb universitetinə daxil olub.

27 yaşında o, neyrocərrah ixtisasını alaraq Hindistanın ali cərrah ixtisasları üzrə ən gənc mütəxəssis olub.

Doktor Məryəm namaz qılan, oruc tutan və hicab taxan bir müsəlman xanımdır. O, həmçinin islam xəttatlığı ilə də maraqlanır. Dini məlumatları onu təkbaşına boya-başa çatdıran müəllimə anasından alıb.

"Mən qızımla fəxr edirəm", – deyə Məryəmin anası bildirib.