37 hərbiçinin həyatına son qoyan "Cougar" qəzası

Türkiyədə, Bitlisin Tatvan mahalında baş verın helikopter qəzasında şəhid olanların sayı 11-ə çatıb. Hadisə zamanı 2 hərbiçi yaralanıb.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu gün Türkiyə Şəhidlərini son mənizlə yola salır.
Şəhid olan hərbçilər arasında 8-ci Korpus komandiri general-leytenant Osman Erbaş da var.
Fransa-Almaniya birgə istehsalı olan "Cougar" tipli hərbi helikopterlərin qəzaya uğraması bir ilk deyil. 1996-cı ildən bu günə qədər Türkiyədə "Cougar" tipli hərbi helikopterlərin qəzaya uğraması nəticəsində 37 hərbiçi Şəhid olub.
2017-ci ilin 31 may tarixində Şırnakın Uludərə rayonunun Şenoba kəndindən qalxandan 3 dəqiqə sonra "Cougar" yüksək gərginlikli xətlərə toxunaraq qəzaya uğrayıb və general Aydoğan Aydınla birgə, ikisi polkovnik olmaqla 13 hərbiçi Şəhid oldu.
"Cougar"ın digər qəzası 1997-ci il 4 iyun tarixində PKK terror təşkilatının atdığı raketlə partladı. Qəzada 11 hərbiçi Şəhid oldu. "Cougar"ın İraqda qəzaya uğraması isə 2 hərbiçinin həyatına son qoydu.
Generalın ölümü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun oğlu İgidalp Erbaşa zəng edərək, başsağlığı verib.
Eyni zamanda Türkiyədə baş verən bu ağır qəza ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Qəza nəticəsində Şəhid olanların adları açıqlanıb-General Osman Erbaş (Yozgat-Yerköy), baş gizir Nazmi Yılmaz (Kahramanmaraş-Afşin), polkovnik Şentürk Aydınyer (Kars), kapitan Salih Sarıoğlu (Samsun-Bafra), mayor Mehmet Demir (Kahramanmaraş-Onikişubat), gizir Ömer Umulu (Kırıkkale), pilot, kapitan Tayfun Kureş (Trabzon-Of), pilot kapitan Gökhan Uysal (Afyonkarahisar-Dinar), gizir Şükrü Karadirek (Afyonkarahisar), baş gizir Tolga Demirci (Kayseri-Pınarbaşı) və baş gizir Hakan Gül (Amasya).