91 saat sonra dağıntıların altından salamat tapıldı-Ərdoğan hönkür-hönkür ağladı

Oktyabrın 30-da İzmirdə baş verən 6,6 bal gücündə zəlzələ böyük təlafatla nəticələnib. Hazırda xilasetmə işləri davam etdirilir. Vetenugrunda.az-ın verdiyi xəbərə görə, ötən gün 3 yaşlı Elif Perinçek dağıntılar altından sağ çıxarıldı. Bu gün isə Türkiyə daha bir möcüzə ilə sevindi. 3 yaşlı Ayda Gezgin 91 saat sonra dağıntılar altından çıxarıldı. Aydanın sağ tapılması onun 38 yaşlı anası Fidan Gezginin də sağ olduğu ehtimalını yaratdı. Lakin bu gün Fidanın cansız bədəni dağntıların altından çıxarıldı. Günlərdir dağıntıların altında ac-sussuz qalan Aydan xilasedicilərdən ayran və köftə istəyib. Balaca Aydanın aparıldığı xəstəxanaya İzmirdən, Ankaradan, Trabzondan, İstanbuldan və digər şəhərlərdən yüzlərlə insan ayran və köftə sifariş verib. Ərdoğan bildirib ki, Aydanın atası Uğur Gezgin ilə telefonla danışıb. O, Aydanın xilas edildiyi anı seyr edincə hönkür-hönkür ağladığını bildirib: "Rəbbim Aydanı sizlərə və bu xalqa bağışladı. Biz hər zaman yanınzdayıq". Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günki çıxışında bildirib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 110 nəfərə çatb. Xəsarət alanların sayı 1027 nəfərdir. İndiyədək 883 nəfər evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanalarda davam edir. Dağılmış 17 binadan 5-də xilasetə işləri davam etdirilir.