ABŞ-da 2020-ci ilin ən yaxşı müəllimi-Korşo Həsən

ABŞ-da 2020-ci ilin ən yaxşı müəllimi-Korşo Həsən

Əslən Somalidən olan Korşo Həsən səkkiz ildir ibtidai məktəbdə müəllimlik edir. Münsiflər heyətinin fikrincə, müəllimin əməyi yalnız şagirdlərinin əla qiymətləri deyil, həm də qadının dərs dediyi sinifdə inkluzivlik və qarşılıqlı hörmətin üstünlük təşkil etməsidir.

"Bu mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Mükafatı mən yox, şagirdlərim qəbul etməlidirlər, çünki çalışqanlıqları uğurlarımın açarıdır", - deyə Korşo Həsən bildirib.

Siyasətə qatılmazdan əvvəl özü müəllim olan Minnesota qubernatoru Tim Ualtz da, Tvitter üzərindən qalibi təbrik edərək, belə deyib: “Sinifinizdəki hər bir şagirdin parlaq bir gələcəyi və uğur qazanma imkanı ola biləcəyinə görə təşəkkür edirəm".(dəyərlər.org)