ABŞ-da sürücü maşını gey-parad iştirakçılarının üstünə sürdü- 1ölü

ABŞ-da sürücü maşını gey-parad iştirakçılarının üstünə sürdü- 1ölü

ABŞ-ın Florida ştatında sürücü yük maşınını gey-parad iştirakçılarının üstünə sürüb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə hadisə nəticəsində 1 nəfər LGBT fərdi həlak olub, 1 nəfər yaralanıb.

LGBT üzvlərinin "Qürur ayı" çərçivəsində düzənlədiyi gey-parad iştirakçıları terror hadisəsindən dəhşətə gəldiklərini bildiriblər.

Hadisə ötən gecə baş verib. LGBT bayrağı sancılan avtomobilin sahibi qəfil maşının iki nəfərin üstünə sürüb.

İştirakçılar avtomobil sahibinin də gey olduğunu bildiriblər. Qəza törədən sürücü isə bunu terror deyil, bir təsadüf olduğunu iddia edib.

Şəhər meri baş verən hadisəni LQBT ictimaiyyətinə qarşı terror hücumu kimi qiymətləndirib.

Yük maşınının sürücüsü hadisə yerində saxlanılıb.