Almaniyada ölənlərin sayı 133 nəfərə çatıb

Almaniyada ölənlərin sayı 133 nəfərə çatıb

Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı itkin düşənlərin sayı 155 nəfərdən artıqdır.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Almaniyada güclü yağışların yaratdığı sel nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb. Sel fəlakəti ölkənin qərbində - Reynland-Pfalz və Şimali Reyn-Vestfaliya federal torpaqlarında həyatı iflic edib.

Ölkənin nüfuzlu "Bild" qəzetinin yaydığı məlumatda isə deyilir ki, təbii fəlakət nəticəsində Reynland-Pfals torpağında azı 90 nəfər, Şimali Reyn-Vestfaliyada isə 43 nəfər ölüb.

Sel fəlakətindən ziyan görənləri xilas etmək üçün bölgəyə 850 hərbçi göndərilib.

Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb. Daşqın yalnız Almaniyada deyil, Belçika və Niderlandda da baş verib.