"Ağsu" araq zavodunun sahibi koronavirusdan vəfat edib

"Ağsu" araq zavodunun sahibi koronavirusdan vəfat edib

Əslən Tovuz rayonundan olan tanınmış iş adamı, "Taimex" şirkətinin və "Ağsu" araq zavodunun sahibi Tahir Yusifov koronavirusdan vəfat edib.

İş adamının gün gecə saatlarında dünyasını dəyişdiyi məlum olub.
Tahir Yusifov Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.