Hərbi həkim koronavirusa yoluxub

Hərbi həkim koronavirusa yoluxub

COVID-19-la mübarizə aparan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov özü də bu xəstəlikdən əziyyət çəkir. O, bir həftədir ki, süni tənəffüs aparatına qoşulub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı həkim Günay Rəhimova facebook profilində paylaşıb:

"Cəfərov Teymur... Aprel döyüşlərindən sağ çıxıb koronaya məğlub olmuş daha bir tələbə yoldaşımızdır. Şəkəri var.. Günlərdir süni tənəffüs aparatındadır. Teymur yatır. Elə bilir ki onun üçün nələrsə edirik, mütləq ayılıb ailəsinə qovuşacaq. Xahiş edirəm gəlin səsimizi duyuraq.. O bizə ümidlidir, biz isə hökümətə..."