Azərbaycanda ilk dəfə Peşələr Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə Peşələr Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə Peşələr Festivalı keçiriləcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək.

"Öyrən, Əylən, Peşəni seç!" devizi altında keçiriləcək festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır.

Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 10 peşə haqqında maarifləndirici tədbirlər də həyata keçiriləcək.

İştirakçılara həmin peşə sahibləri ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, peşə və ixtisas seçiminə dəstək göstəriləcək.

Festivala ilk olaraq 15 may tarixində Şamaxı şəhərində start veriləcək.

Ümumilikdə, Festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edəcək:

Şamaxı -15 may

Sumqayıt - 17 may

Lənkəran - 19 may

Şirvan - 21 may

Bakı - 23 may

Şəki - 25 may

Mingəçevir - 27 may

Bərdə - 30 may

Gəncə - 1 iyun

Qazax - 2 iyun

Festival çərcivəsində təqdim olunacaq peşələr isə bunlardır:

Aşbaz

Dərzi

Bərbər-vizajist

Frontend developer

Qrafik-dizayner

İnteryer-dizayner

Kompüter proqram təminatçısı

Elektrik Təmirçi çilingər

Elektron cihazların təmirçisi

Festivala qatılan iştirakçılar əmək bazarında peşələrə və peşələr üzrə bacarıqlara olan tələblər, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlara sahib olacaqlar. Tədbirdə iştirak ödənişsizdir.