Azərbaycanın Rusiya ilə sərhədində yalnız piyada keçidi dayandırılıb

Azərbaycanın Rusiya ilə sərhədində yalnız piyada keçidi dayandırılıb

Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan və Rusiya vətəndaşları üçün dövlətlərin ərazisinə girişin məhdudlaşdırılmasına dair yeni bəyanatla çıxış edib.

Səfirliyin press-relizində qeyd olunur ki, iki dövlət arasında nəqliyyat əlaqələri tam və normal rejimdə davam edir. Epidemioloji vəziyyətə görə yalnız vətəndaşların piyada keçidi müvəqqəti dayandırılır.

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlardan, Azərbaycan və Rusiyanın sərhədlərini keçmək məqsədi ilə, Dağıstana getməkdən çəkinməyi bir daha təkidlə xahiş edir.

Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2020-ci ilin 1 mart tarixinədək bağlı olacaq.

Virtuaualaz.org bildirir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir: "Qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün Səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir".