Azərbaycanlı həkimlər hərbçilərə tibbi yardım üçün Vətənə döndü

Azərbaycanlı həkimlər hərbçilərə tibbi yardım üçün Vətənə döndü
Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Azərbaycanın Türkiyədəki Səfirliyinin və TƏBİB-in dəstəyi ilə Türkiyədə çalışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib. Azərbaycanlı həkim heyəti Ankaranın Esenboğa Hava Limanından yola salınıblar. Türkiyə, Almaniya və ABŞ-da təhsil alan azərbaycanlı həkimlərin və Türkiyədəki həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə gətirilib.(report.az)