Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni spiker təyin edildi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni spiker təyin edildi

Bakı Ağır Cinayətlər Məhkəməsinə (BACM) kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.

Bu barədə məhkəmə sədri müvafiq əmr imzalayıb.

Əmrə əsasən, BACM-nin hakimi Telman Hüseynov vitse-spiker təyin olunub. Qeyd edək ki, daha əvvəl bu vəzifədə BACM-nin sədr müavini Əfqan Hacıyev çalışırdı. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.

Xatırladaq ki, T.Hüseynov 2018-ci ildən BACM-nin hakimi vəzifəsində çalışır.