Bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı

Bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı

İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı

İsmayıllıda bir sinfin beş məzunu qəbul imtahanlarında 600-dən yüksək bal toplayıb.

İsmayıllı rayonu İ.Həsənov adına 1 saylı tam orta məktəbinin XI a sinfinin beş məzunu qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərib.

Şagirdləri adları və yığdıqları bal məktəbin sosial media hesabında dərc olunub. Həmin siyahını təqdim edirik:

Ağazadə Rəmziyyə - 639 bal

Muradlı Tərlan - 627 bal

Mikayılzadə Mövsümağa - 613 bal

Məmmədova Nigar - 609 bal

Məmmədova Gülnar - 600 ba.

Əgər xatırlayırsınızsa, 2018-ci ildə də İsmayıllı məktəbliləri belə bir uğur əldə etmişdilər. Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 11 A sinfinin 8 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplamışdı, onlardan biri Vasif Əsədov isə 700 bal yığmışdı.