"Bu qədər küçəni eyni anda qardan təmizləmək mümkün deyil"

"Bu qədər küçəni eyni anda qardan təmizləmək mümkün deyil"

"Ayın 24-də səhərə yaxın tam həcmdə olmasa da, küçələrin böyük bir hissəsi təmizlənərək istifadəyə verilmişdi"

Bu fikirlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məxsusdur. İcra başçısı işlədiyi dönəmdə dünyanın ən böyük tortunu bişirib, "Ginnesin rekordlar kitabı"na düşmək istəyən Eldar Əzizov 12 saat dayanmadan qar yağdığı  və küçələrin çox olduğu üçün şəhərin bütün küçələrini təmizləyə bilmədiklərini bildirib: 

"Küçəni təmizləyirdilər, 1-2 saatdan sonra həmin küçəyə yenidən qayıtmalı olurdular. Biz öz zəif yerlərimizi də gördük. Ancaq hesab edirəm ki, kommunal xidmət öz vəzifəsinin öhdəsindən gəldi.

Bakıda beş minə qədər küçə mövcuddur. Bu beş min küçəni eyni anda qardan təmizləmək mümkün deyil. Bu proses qrafik əsasında həyata keçirildi”".