Çingiz Qənizadənin oğluna yeni vəzifə verildi 

Çingiz Qənizadənin oğluna yeni vəzifə verildi 

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini və Kənan Əliyev Nəsimi rayonun prokurorunun müavini vəzifələrinə təyin ediliblər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur. O, Binəqədi Rayon Prokurorunun müavini vəzifəsində çalışırdı. Elgiz Qənizadənin adını mediada qızıl alverçisi Mətanət Əyyubova daha çox hallandırdı. O, deputat oğlunun sifarişlə məhkəməyə təsir etdiyini bildirmişdi.

Qeyd edək ki, 2010-cu ildən indiyə qədər deputat kimi fəaliyyət göstərən, "Şöhrət" ordenli hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə 1992 -1993-ci illərdə Bakı şəhər prokuroru vəzifəsində çalışıb.