Dünyanın ən yüksək qayalığına Azərbaycan bayrağı asıldı

Dünyanın ən yüksək qayalığına Azərbaycan bayrağı asıldı
Türkiyənin turizm məkanı olan Kapadokya şəhərində Azərbaycanın bayrağı ucaldılıb. Ermənistanın hücumlarına məruz qalan Azərbaycan xalqına birlik, bərabərlik nümayiş etdirmək üçün Kapadokiyada yerləşən dünyanın ən yüksək pəribacalarına Azərbaycan bayraqları asılıb. Bölgədəki Uçhisar bələdiyyəsinin sədri Osman Süslü bildirib ki, bununla Azərbaycan xalqına dəstək nümayiş etdirmək istəyirik: "Zəfər ona inananlarındır. Azərbaycanın zəfəri yaxındır. Bu müjdəli xəbəri səbirsizliklə gözləyirik".(virtualaz.org)