"Duzlu göl"də çimmək qadağandır

"Duzlu göl"də çimmək qadağandır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, yaxın günlərdə Suraxanıda, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən "Duzlu göl"də olub və orada hər hansı təmir işləri aparılmadığının şahid olub: ""Duzlu göl"ə çoxlu kanalizasiya suları axıdılır.

Orada çimmək qadağan edilib. Həmin ərazinin kənarında Zığ bələdiyyəsi, icra nümayəndələri tərəfindən bərpa işləri aparılır".