Erməni qatilin cəsədini qəbirdən çıxardılar

Erməni qatilin cəsədini qəbirdən çıxardılar

Naməlum şəxslər saxta general kimi tanınan Manvel Qriqoryanın qəbrini dağıdaraq cəsədini çıxarıb kənara atıblar.

I-ci Qarabağ müharibəsində azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə tanınan, 20-dən çox əsirimizi evinin zirzəmisində zəncirlərlə bağladıb işgəncələr verərək acından öldürən erməni general Manvel Qriqoryan axır ki, öz xalqına və əsgərlərinə qarşı törərtdiyi cinayətkar əməllərinə görə Paşinyan hakimiyyəti tərəfindən həbs olundu. Həbsxanada ağır xəstəliklərə tutularaq Allahın cəzasına gələn Manvel bir neçə aydan sonra girov əvəzində azadlığa buraxılsa da evində əzab-əziyyət içində öldü.

Onun üçün ən dəhşətlisi də o oldu ki, vaxtilə rəhbərlik etdiyi terrorçu dəstələri ilə işğal etdiyi Füzuli rayonunun müzəffər ordumuz tərəfindən azad olunduğu və Qarabağda əldə etdiyimiz qələbə xəbərini eşitdikdən az sonra öldü.

O öləndə mən erməni mətbuatındaki şərhimdə yazmışdim: -"Manvel insanlığa qarşı törətdiyi cinayətlərə görə Allah tərəfindən cəzalandırıldı."

Bu gün isə erməni mətbuatında məlumat yayıldı ki, yaxınları və doğmaları gül — çiçək dəstələri ilə onun qəbrini ziyarət etməyə gedərkən rast gəldikləri dəhşətli mənzərədən donub qalmışlar.

"Generalın" məzarı tamamilə dağıdılmış və cəsədi tabutdan çıxarılaraq məzarın kənarına atılmışdı. Bu hadisə o anlama gəlir ki, əgər insan qatili Manvelin əzablı ölümünün əsas səbəbkarı bəlli idisə, onun qəbrinin dağıdılması və  cəsədinin kənara atılması da vaxtilə zülm etdiyi öz erməni qardaşları tərəfindən törədilmişdir.

İsmayıl Tanrıverdi

BDU-nun erməni araşdırmaları Elmi tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi.