Ermənilərin polkovnikimizlə bağlı uydurmasına RƏSMİ cavab

Ermənilərin polkovnikimizlə bağlı uydurmasına RƏSMİ cavab
Ermənistan silahlı qüvvələrinin ötən gün guya Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevi öldürməsi ilə bağlı yaydıqları xəbər növbəti yalan məlumatdır. Müdafiə Nazirliyindən virtualaz.org-a bildirilir ki, polkovnik Hafiz Ağayevin səhhəti yaxşıdır və hazırda xidmətini davam etdirir. Beləliklə, ermənilərin yaydığı bu cəfəngiyyat da "feyk-nyus"dan başqa bir şey deyil. Qeyd edək ki, düşmənin cəbhədə vəziyyəti ağırlaşdıqca Azərbaycan ordusuna bu və ya digər istiqamətdə “ağır zərbələrin vurulması” barədə yalan xəbərlərin də sayını artırır. Bununla da öz əsgərlərinin döyüş ruhunu qaldırmağa çalışır. Polkovnik Ağayevin barəsində məlumatı isə terrorçu "Sasna Tsrer" qruplaşmasının üzvü Qarik Petrosyan yaymışdı. O, Hafiz Ağayevə məxsus olduğu iddia edilən hərbi formanın da fotosunu yaymışdı. Lakin mənbələrimiz bildirir ki, polkovnik 4 gün əvvəl minaya düşənm hərbi maşında olsa da ciddi xəsarət almayıb və hazırda hərbi hissədədir.