FHN əhaliyə müraciət edib - VİDEO

FHN əhaliyə müraciət edib - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Yeniavaz.com-un xəbərionə görə, FHN-dən verilən məlumatda qeyd olunur ki, məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edilməlidir: - “112” qaynar xəttinə məlumat verin; - odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın; - yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın; - mümkündürsə, elektrik və qaz cihazlarını söndürün; - ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun; - yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun; - döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin; - yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın; - uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin; - mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin; - xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın; - liftdən istifadə etməyin; - qonşuları xəbərdar edin.