Fransada Əyyub Sultan məscidinə hücum edildi

Fransada Əyyub Sultan məscidinə hücum edildi

Fransada inşası davam edən Əyyub Sultan məscidinin divarına İslam əleyhinə yazılar yazılıb

İslam Cəmiyyəti Milli Rəyə (IGMG) bağlı məscidin sosial media hesabında verilən açıqlamaya görə, məscidin divarında "İslama yox, ölkənizə qayıdın" ifadələri qeyd olunub.

IGMG tərəfindən verilən açıqlamada "Bu hadisə Fransanın bu gün içində olduğu zərərli iqlimini əks etdirir", - deyilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə Fransanın Strasburq şəhərində tikintisi davam edən "Eyyub Sultan" məscidi Avropanın ən böyük məscididr.  "İslam İcması Milli Görüş"ün (IGMG) səyləri ilə ərsəyə gələn "Eyyub Sultan" məscidinin tikintisinə 2018-ci ildə başlanıb. 2022-ci ildə fəaliyyətə başlaması planlaşdırılan məscidin tikintisinin başa çatması üçün yardım kampaniyası başladılıb.

Smeta dəyəri 32 milyon euro olan məscid tikintisinin 60%-nin bitdiyi bildirilir. 1.5 hektar ərazidə Osmanlı memari üslubu ilə tikilən kompleksin 3 min nəfərlik məscidi, konfrans zalı, məktəbi, kitabxanası, müəllimlər otağı, restoranı, butikləri və 600 avtomobil yerlik maşın və velosiped dayanacağı olacaq. Həmçinin, məscidi hər biri 44 metr olan 2 minarəsi olacaq.