Əfv komissiyası toplaşır - Müraciətlərə baxılacaq

Əfv komissiyası toplaşır - Müraciətlərə baxılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

Bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov sosial şəbəkə profilində məlumat paylaşıb:

"Sabah Əfv Komissiyasının iclasının keçiriləcəyi barədə məlumat yayılıb. Dövlət başçısı tərəfindən 28 may - Müstəqillik Günü münasibətilə əfv sərəncamının imzalanması gözlənilir. Təşkilat olaraq qanunvericiliyə müvafiq qaydada əfv etmə ilə bağlı müraciət hazırlayıb yaxın günlərdə Əfv Komissiyasına ünvanlayacayıq. Qeyd edim ki, 2021-ci ildə göndərdiyimiz 116 nəfərlik siyahıdan 40 nəfər əfv sərəncamına düşmüşdü."

Məlumata görə, iclasın sabah keçirilməsi nəzərdə tutulur.

İclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq və nəticələri haqqında ictimaiyyətə məlumat veriləcək.

28 May Müstəqillik günü münasibəti ilə əfv olub-olmayacağı barədə isə məlumat təsdiqlənməyib.