Gəncədə dağıntılar altında qalan iki uşağın axtarışları davam edir

Gəncədə dağıntılar altında qalan iki uşağın axtarışları davam edir
Ermənistanın ötən gecə Gəncəyə raket hücumu nəticəsində hələ də iki uşağın dağıntılar altında qaldığı bildirilir. Gəncədə Ermənistanın dinc əhalini hədəf almasına nəticəsində baş verən dağıntılarda xilasetmə işləri davam etdirilir. Verilən məlumatlara görə, iki uşaq hələ də dağıntılar altındadır. Bununla bağlı AzTV Gəncədə axtarış aparılan yerdən reportaj yayımlayıb. Qeyd edək ki, erməni terroru nəticəsində dünən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlı olmaqla 13 nəfər həlak olub, 48 dinc sakin isə yaralanıb.